Azərbaycanda dizel qıtlığı yarandı; xaricdən gətirilən yanacaq isə avtobusları çökdürür

Son bir neçə ay ərzində ölkənin bəzi yerlərindəki yanacaqdoldurma məntəqələrində dizelin olmaması barədə xəbərlərə tez-tez rast gəlirik. Doğrudur, həmin yerlər az sonra yanacaqla təmin edilir və ya sürücülər digər ərazilərdən öz tələbatlarını ödəyə bilirlər. Lakin əsas məsələ hazırda yanacağın olub-olmaması deyil, onun keyfiyyəti ilə bağlıdır. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, SOCAR-ın Neft Emalı Zavodunda bir müddətdir təmir işləri getdiyindən ölkəyə dizel yanacağı xaricdən gətirilir. Bu yanacağın keyfiyyəti isə heç də ürəkaçan vəziyyətdə deyil.
Daxil olan çoxsaylı şikayət və müraciətlər rəsmi şəkildə açıqlanmayan yerdən gətirilən bu yanacağın keyfiyyətinin çox aşağı olmasını, nəqliyyat vasitələrinə böyük ziyan vurmasını göstərir. Buna görə də ən böyük zərər ictimai nəqliyyata və yükdaşıma-distrubutor xidmətinə dəyir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda və ölkə üzrə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların 80 faizdən çoxunun da dizellə işləməsi vəziyyəti göz önünə sərir: “Keyfiyyətsiz yanacaq hər gün özəl daşıyıcı şirkətlərə yüzminlərlə manat ziyan vurur. Onsuz da acınaqcaqlı vəziyyətdə olan, normal dövlətdən dəstək ala bilməyən daşıyıcıların vəziyyətini lap çətinləşdirir. Bu məsələyə dövlətimiz təcili reaksiya verməlidir. Əks halda yeni mövsümdə - sentyabrda çox acınaqcaqlı mənzərə ilə qarşılaşacağıq. Bakıda və rayonlarda bərbad halda olan ictimai nəqliyyat infrastrukturu tamamilə çökəcək, avtobus tapılmayacaq. Nəticədə dövlət böyük xərc qarşısında qalmalı olacaq, yük yenə büdcəyə, neft pullarına düşəcək”.
Fərid
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










