Bu sürücülərin nəzərinə - Cəzalar sərt olacaq - VİDEO

Vaxtaşırı narkotikdən istifadə edib sükan arxasına əyləşən sürücülərlə bağlı məlumatlar təqdim edirik. Elə təkcə ötən gün Bakıda səkkiz taksi sürücüsünün psixotrop maddənin təsiri altında avtomobil idarə etdiyi aşkar olunub. İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücülərin qanunla qadağan edilmiş bu cür zəhərli maddələrin təsiri altında avtomobil idarə etməsi təbii ki narahatlıq doğurur. Amma ən acnacaqlısı bundadır ki, qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə sərxoş halda idarə edənlərə tətbiq olunan cərimənin eyni olmasıdır. Millət vəkili bu məsələyə yenidən baxılmasını təkilif edir.
Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə həm paytaxt, həm də bölgələrdə tez-tez rast gəlinir. Bunu yoxlamalar zamanı aşkar edilən sürücülər deməyə əsas verir.
Ötən gün yol polisi tərəfindən saxlanan bu sürücü özü də etiraf etdi ki, Suraxanı rayonu ərazisində psixotrop maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olub.
İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücünün belə zəhərli maddənin təsiri altında avtomobil idarə etməsi təbii ki, narahatlıq doğuran məsələdir. Sürücülər də belə hallara yol verən həmkarlarını birmənalı olaraq tənqid edirlər.
Bu məsələdə ən acınacaqlısı odur ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimənin sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eyni olmasıdır. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edərək idarə edən sürücülər 400 manat və 5 cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ 6-aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər. Millət Vəkili Fazil Mustafa deyir ki, tətbiq edilən bu cəzalar fərqli olmalıdır.
Millət Vəkili Fazil Mustafa, sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələrinin ayrı olması barədə milli məclisin komitə iclasında bu məsələni gündəliyə gətirərək müzakirəyə çıxaracağını deyir.
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO











