Bu yolda hər gün niyə tıxac yaranır? - DYP aydınlıq gətirdi - VİDEO

Səhər və axşam saatlarında Bakının şimal girişindəki Saray postunda avtomobillər tıxacda qalır. Sürücülər aramla Bakıya buraxılır. Problem bir müddətdir ki hər gün yaşanır. Bu səbəbdən yolda olanlar işə və ya mənzil başına gecikirlər. Əməkdaşımız tıxacın səbəbini yerində araşdırıb.
Avtomobillər Bakıya hissə-hissə buraxılır. Məhz buna görə, magistral yolda uzun müddətli tixac yaranıb. Görütülər Bakı-Quba yolunun Saray postundandır.
Sürücülər bildirirlər ki, artıq xeyli vaxtdır onlar səhər saat 8-dən başlayaraq 2 saat ərzində tıxacda qalırlar. Saray postunda yaşanan hadisə səbəbindən onlar işə belə gecikirlər.
Məsələyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev aydınlıq gətirib. Onun sözlərinə görə, mövcud tıxac tək Saray postunda deyil, Bakı Quba yolun digər ərzilərində də yaşanır. Əsasən səhər və axşam saatlarında Yol Polisləri tərəfindən şəhərə avtomobillərin mərhələli şəkildə buraxılması, yolda uzun müddətli tıxacın qarşısını almağa hesablanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bu cür tıxacların ölkə ərazisində avtomobillərin sayının tədricən artması ilə də əlaqələndirib.
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO












