Konstruksiya dəyişikliyi edən “Lada” və “VAZ” sürücüləri cərimələndi - FOTOLAR

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə “Lada” və “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, sürücülük hüququ olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib. Bundan başqa araşdırmalar zamanı bəzi sürücülərin Vətən Müharibəsi qazisi olmasından istifadə edərək rayon ərazisində təhlükəli manevrlər etməsi, avtomobilə əlavə avadanlıq quraşdırması, dövlət qeydiyyat nişanı olmayan və ya başqa dövlətə məxsus qeydiyyat nişanı ilə avtomobil idarə edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol hərəkəti haqqında" Qanunun tələbləri barədə məlumat verilib. Ümumilikdə 21 sürücü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?

















