Maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçıran şəxs saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əziz Şıxıyev olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində avtomobil sürmək istədiyi üçün nəqliyyat vasitəsini qaçırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?













