“Mercedes” yeni konsepsiyasını elan etdi - Yalnız elektromobil istehsal edəcək

“Mercedes” şirkəti 2030-cu ildən etibarən Avropada yalnız elektromobil istehsal edəcək. Avtosfer.az automobile-propre.com saytına istinadla bildirir ki, Avropadakı zavodların yeni sistemə keçirilməsinin planlı hazırdır.
2030-dan etibarən istehsal ediləcək elektromobillər 3 kateqoriyaya ayrılacaq. “Entry Luxury2 kateqoriyasına ən kiçik modellər (A və B sinifləri) daxil olacaq. C, D və E sinfinə aid modellər “Core Luxury” kateqoriyasına aid ediləcək. Daha yuxarı seqmenin avtomobilləri isə “Top End Luxury” hesab ediləcək.
“Top End Luxury” kateqoriyalı avtomobillərin istehsal ediləcəyi yer artıq məlumdur. Bu modellər Zindelfingen şəhərində hazırda AMG platformalı avtomobillərin istehsal edildiyi müəssisədə həyata vəsiqə alacaq.
“Core Luxury” kateqoriyasına aid modellərin istehsal yeri Bremen olacaq.
A və B sinifləri isə Raştattda yığılacaq.
Bundan əlavə, Macarıstanın Keçkemet şəhərindəki zavod da prosesə cəlb ediləcək. Elektrik mühərrikləri Almaniyada istehsal ediləcək.
Ümumilikdə istehsal prosesi 3 qitədə və azı 5 ölkədə reallaşacaq: ABŞ, Polşa, Almaniya, Çin, Tailand.
Vüqar
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB










