Oğurlanan və ya itən maşın nömrəsinin eynisi niyə verilmir? - VİDEO

Bir müddət əvvəl Sumqayıt sakininə məxsus ''10-LK-777'' dövlət qeydiyyat nişanı naməlum şəraitdə oğurlanıb. Zərərçəkmiş sürücü bununla əlaqədar aidiyyəti quruma müraciət etsə də, ona bildirilib ki, nömrə tapılmayana qədər ona eynisi verilə bilməz.
Avtosfer.az xəbər verir ki, ''Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, tapılmasa, nəqliyyat vasitəsinin sahibinə yeni nömrə verilir.
Sürücülər də mövcud qanunvericiliklə razı deyillər. Onlar hesab edirlər ki, avtomobilə məxsus itən və ya oğurlanan dövlət nömrə nişanının eynisinin verilməsi qanunla tənzimlənməlidir.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, nömrənin dublikatının verilməməsi sovet dövründən qalan ənənədir. Həmin vaxtlar nömrələr oğurlanıb kriminal məqsədlər üçün istifadə ediliyindən belə bir qayda qoyulub. Ekspert bildirib ki, ''Yol hərəkəti haqqında” qanun 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər.
Ərşad Hüseynovun vurğulayıb ki, o dövrdən indiyədək qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkirlər.
Ekspert hesab edir ki, mövcud qanunvericilikdə bu qayda dəyişdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. (xezerxeber.az)
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA










