Banner

Sərxoş sürücülər yol polisini belə aldadırdı - İndi mümkün deyil

Avtoxəbər 1 Yanvar 2023 13:08 Oxunub 2834
Sərxoş sürücülər yol polisini belə aldadırdı - İndi mümkün deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sovet dövrünün sürücüləri xüsusi kasta təşkil edir, imkanlı adamlar hesab olunurdular. Avtomobil də az olduğundan hər kənddə və rayonda sürücüləri hamı tanıyırdı. Lakin heç də bütün sovet sürücüləri indi təlqin edilənin əksinə olaraq peşəkar və intizamlı deyildi. 

Avtosfer.az xəbər verir ki, sovet sürücüləri arasında da avtomobili sərxoş halda idarə edənlər çox idi. Məşhur meryxanada deyildiyi kimi “bunu hamı bilir rulda içirsən”. Lakin içdikdən sonra müfəttişdən (indiki yol polisinin analoqu) yayınmaq da lazım idi. Çarəsi də tapılmışdı.
Sürücülər araq içdikdən sonra ağızlarını benzinlə qarqara edirdilər ki, milis hiss etməsin. O dövrdə texnologiya yetərli olmadığından milislər sərxoş sürücünü ya iyə, ya da qeyri-adetvat davranışa görə müəyyən edirdilər. Yoxlama zamanı benzin iyi gələrkən sürücülərin standart cavabı vardı: bakdan (kanistrdən) benzin çəkmişəm. Bu fırıldağı əsasən yük avtomobillərinin sürücüləri istifadə edirdilər. Sovetin əsas yük avtomobilləri olan QAZ və ZİL aşağı sortlu, pis iy verən benzinlə işləyirdi. Bu fakta milis müfəttişi inanmağa məcbur idi. Çünki sürücünü rayon mərkəzindəki tibb məntəqəsinə aparmaq, müayinənin cavabını gözləmək 1 iş günü çəkirdi. Həftə sonları isə xəstəxanada heç kim olmadığından getmək mənasız idi. 
İndi müasir dövrə qayıdaq. Müasir yük avtomobillərinin hamısı dizellə işləyir, YDM-lər addımbaşı olduğundan kansistr gəzdirməyə ehtiyac yoxdur (niyə taksi sürücüləri kola qabında benzin gəzdirir sualının cavabı isə mənə aid deyil). Müasir avtomobillərin çoxunun çənindən yanacaq çəkmək çox çətindir. 

Ümumiyyətlə indi DYP əməkdaşını bu yolla aldatmaq olarmı? Cavab birmənalıdır: Yox! Müasir alkotesterlər benzini spirtdən ayıra bilir. Qanda müayinə  zamanı nəticə bir neçə dəqiqəyə hasil olur.

Xatırladaq ki, 1968-ci ildə qəbul edilən qanunla nəqliyyat vasitəsinin sərxoş idarə edilməsinə görə 200 rubl cərimə, 1 ildən 3 ilədək sürücülük hüququndan məhrumetmə nəzərdə tutulurdu. Təkrar törədilən əmələ görə isə əlavə olaraq 1 ilədək həbs və ictimai iş cəzası verilirdi. 

Müasir oxucuda təsəvvür yaranması üçün deyək ki, 1961-ci il islahatı zamanı 1 dollar 90 sovet qəpiyi oldu. Sonrakı illərdə ABŞ-da baş verən böhranlara görə bu kurs 70 qəpiyədək düşmüşdü. Təbii ki, söhbət rəsmi kursdan gedir. 
Yaxud, Aİ-93 markalı benzinin 10 litri 1969-cu ildə 1 rubl, 1978-ci ildə 2 rubl idi. Benzinin 10 litrlik partiya ilə satılmasının səbəbi də gülməli idi. Nə qədər qəribə olsa da, Sovet ittifaqında daha az həcmdə benzini dəqiq ölçə bilən aqreqat yox idi.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh