Sürücülərə vacib xəbər - Avtomobilə aid yeni dövlət standartları qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib. Avtosfer.az AZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb.
Onlar aşağıdakılardır:
- AZS ECE 9:2026 (UN Regulation №9) "Səs emissiyası baxımından L2, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 10:2026 (UN Regulation №10) "Elektromaqnit uyğunluğu ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 11:2026 (UN Regulation №11) "Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 12:2026 (UN Regulation №12) "Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 13H:2026 (UN Regulation №13H) "Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 14:2026 (UN Regulation №14) "Təhlükəsizlik kəmərlərinin bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 17:2026 (UN Regulation №17) "Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 25:2026 (UN Regulation №25) "Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 26:2026 (UN Regulation №26) "Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 37:2026 (UN Regulation №37) "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar".
Bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.
Sözügedən dövlət standartı layihələri "2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










