Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Məlum olduğu kimi, sürücülük vəsiqəsi sahiblərinə ömürboyu avtomobil sürmək hüququ vermir. Çünki hər 10 ildən bir sürücülük vəsiqəsi dəyişdirilir.
Bəs, nəyə görə sürücülük vəsiqəsi ömürlük verilmir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sürücülük vəsiqəsinin 10 il verilməsi ilk növbədə yol hərəkətinin təhlükəsizliyinə xidmət edir:
“Axı insan ömrü boyu eyni sağlamlıq vəziyyətində qalmır. Görmə qabiliyyəti zəifləyir, fizioloji cəhətdən insan yaşlanıb dəyişir. Həm də vəsiqənin 10 ildən bir verilməsi hesabına sürücülər haqqında məlumat bazası yenilənir. Məsələn, vətəndaşın yaşayış ünvanını dəyişə, sifətində hansısa əməliyyat keçirə bilər. Məhz vəsiqənin yenilənməsi bu məsələnin aktuallığını təmin edir. Bundan əlavə, Azərbaycanın sürücülük vəsiqəsi dünyanın bir sıra ölkələrində tanınır. Həmin sürücülük vəsiqələri ilə bir çox ölkələrdə avtomobil idarə etmək olur. Ona görə də sürücülük vəsiqəsinin 10 ildən bir dəyişdirilməsi təkcə ölkəmizdə yox, Beynəlxalq aləmdə tələb olunan bir məsələdir. Bu səbəbdən də sürücülük vəsiqələri müddətli verilir. Nəzərə alaq ki, sürücülük vəsiqəsi 10 il müddətinə verilir. 70 yaşdan sonra isə sürücülər isə 2 ildən bir tibbi müayinədən keçərək sağlamlıq arayışı almalıdır”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












