Hindistanın baş naziri İsraildə; İrana qarşı yeni müttəfiqlik qurulur?

Yaxın Şərqdə və İran ətrafında gərginliyin davam etdiyi bir vaxtda regionu əhatə edən iri nəqliyyat layihələri yenidən diqqət mərkəzinə çıxıb.
Avtosfer.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir ki, mövcud siyasi vəziyyət bir sıra strateji dəhlizlərin taleyini sual altına qoysa da, eyni zamanda yeni geosiyasi kombinasiyalar üçün zəmin yaradır.
Mərkəzin araşdırmasına görə, Hindistanın baş naziri Narendra Modinin İsrailə planlaşdırılan səfəri təkcə siyasi deyil, həm də iqtisadi və nəqliyyat layihələri baxımından əhəmiyyət daşıyır. Hindistan 2024-cü ildə İranla Çabahar limanının icarəyə verilməsi barədə sənəd imzalayıb. Chabahar Port İranın Hind okeanına çıxışı olan əsas limanı kimi Orta Asiya və Əfqanıstanla ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayır.
Bu limanın eyni zamanda International “North-South Transport Corridor” çərçivəsində aparıcı mövqeyə sahib olması planlaşdırılırdı. Layihəyə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran üzərindən Çabahara, oradan isə Hindistana çatdırılmalı idi. Əks istiqamətdə də eyni marşrut nəzərdə tutulurdu. Lakin İrandakı gərginlik və bölgədə mümkün hərbi eskalasiya bu planların reallaşmasını risk altına salır.
![]()
Araşdırmada vurğulanır ki, Hindistan İranla əməkdaşlıq etsə də, İsraillə də strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Narendra Modinin İsrailə səfəri bu xəttin davamı kimi qiymətləndirilir. İsrailin baş naziri Benjamin Netanyahu Hindistanla münasibətlərə xüsusi önəm verir. İki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir və azad ticarət sazişi üzrə danışıqlar davam edir.
“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, səfər çərçivəsində bölgədə gərginlik səbəbindən arxa plana keçən “India–Middle East–Europe Economic Corridor” layihəsinin də müzakirəsi mümkündür. ABŞ-nin dəstəklədiyi bu təşəbbüs Hind-Sakit okean regionunu Yaxın Şərq və Avropa ilə birləşdirməyi hədəfləyir. Qəzzada baş verən hadisələrdən sonra layihə faktiki olaraq dondurulmuşdu.
Mərkəzin qənaətinə görə, bölgədə nisbi sabitliyin bərpası və yeni siyasi razılaşmalar Hindistan–Yaxın Şərq–Avropa dəhlizini yenidən gündəmə gətirə bilər. Narendra Modinin İsrailə səfəri də bu kontekstdə qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır










