Banner

Maşını üçün su götürmək istədi, kanalda itkin düşdü

Hadisə 23 Noyabr 2026 13:53
Maşını üçün su götürmək istədi, kanalda itkin düşdü
WhatsApp kanalımıza abunə olun

Qubada gəncin su kanalında batdığı ehtimal edilir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAZ" markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən ehtiyatsızlıq edərək sürüşüb və suya düşüb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh