23 yaşlı qız metrodakıları şoka saldı - FOTO

Avstraliyada müsəlman cütlüyü müdafiə edən qız internetdə sürətlə populyarlıq qazanır. Avtosfer.az-ın məlumatına görə, avstraliyalı qız Steysi Eden metroda qadının təhqirlərinə dözməyərək onun cavabını verib. Belə ki, stansiyada qatara bir müsəlman cütlük daxil olur. Bu zaman qatardakı qadınlardan biri islam dinini qəbul etmiş qadını təhqir etməyə başlayır: "Görün o, necə geyinib? Siz cihadçısız. Belələrinə görə, «Martin Place»-da insanlar öldü (2014-cü ildə «Martin Place» kafesində terrorçular müştəriləri girov götürmüşdülər). Siz İŞİD-çisiniz".
Qadının yanında dayanan 23 yaşlı Steysi təhqirlərə dözməyərək müsəlman cütlüyü müdafiə etməyə başlayıb: "Bu qadın hicab taxıb. Bunu özü üçün edib, düşüncəsiz, səviyyəsiz insanlar üçün yox. Məsələn, sizin kimi. Bu geyimdə başqa bir şey axtarırsınız. O hicab taxır, çünki qadınlığını qoruyur, bədənini açıb bayırda qoymur. Onun haqqında bu tərzdə danışmağa sizin ixtiyarınız yoxdur. «Martin Palace»-da baş verənlərə görə bu qadın günahkar deyil. Onun geyimini və xarici görünüşünü müzakirə etməyin", - deyə 23 yaşlı qız bildirib.
Steysi Edenin bu sözlərindən sonra heç kim səsini çıxarmayıb. Metrodakı bu hadisənin videosu internetdə paylaşılıb və böyük marağa səbəb olub, qısa müddətdə populyarlıq qazanıb.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA















