Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI

Ərzaq məhsullarının qiyməti istehsalçıdan istehlakçıya çatana qədər bir neçə mərhələdə dəyişir. İstehsal, qablaşdırma, daşınma və saxlanma xərcləri ilə yanaşı, vasitəçilərin fəaliyyəti və ticarət əlavələri də son qiymətə təsir göstərir. Nəticədə bəzi məhsulların ilkin satış qiyməti ilə marketlərdəki qiyməti arasında ciddi fərq yaranır. Bu isə istehlakçıların gündəlik xərclərinə təsirsiz ötüşmür.
Avtosfer.az xəbər verir ki, ərzaq məhsullarının qiymət artımına təsir edən amillər, vasitəçilərin qiymət formalaşmasındakı rolu və istehlak bazarında qiymətlərin daha münasib səviyyədə saxlanılması imkanları müzakirə olunur. Bəs məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, ərzaq və kənd təsərrüfatı məhsulları tarladan istehlakçıya çatana qədər bir neçə mərhələdən keçir:
.jpeg)
"Daşınma, topdansatış və pərakəndə satış bu prosesin əsas həlqələridir. Məhsulların hər mərhələdə əlavə xərcləri yaranır və bu da son qiymətə təsir göstərir. İstehlakçılar daha ucuz məhsul almaq üçün, Sabirabaddan qarpız, Gədəbəydən kartof alıb gətirə bilərlər. Ancaq bu, hər kəs üçün mümkün və əlverişli deyil. İnsanlar istədikləri vaxt evlərinin yaxınlığındakı mağazadan bir neçə kartof, pomidor və ya yumurta almaq istəyirlər. Vasitəçilər də məhz bu rahatlığı təmin edirlər. Onlar bu işi insanlara olan sevgilərinə görə deyil, gəlir əldə etmək məqsədilə görürlər. Buna görə də göstərdikləri xidmətlərin qarşılığında məhsulun qiymətinə müəyyən məbləğ əlavə edirlər. Bu cür ticarət zənciri dünyanın hər yerində mövcuddur. Tarlada və ya istehsalçıda olan qiymətlə pərakəndə satış mağazasında, yaxud kənd təsərrüfatı bazarında olan qiymət arasında fərqin yaranması normaldır. Çünki istehlakçılar məhsulu təkcə qiymətinə görə deyil, həm də rahatlıq, əlçatanlıq, seçim imkanı və istədikləri miqdarda almaq imkanına görə seçirlər. Daha ucuz məhsul almağın yollarından biri kənd təsərrüfatı bazarlarına və ya topdansatış mərkəzlərinə üz tutmaqdır. Lakin bu halda da məhsulu daha böyük həcmdə, məsələn, bir kiloqram əvəzinə bütöv yeşiklərlə almaq lazım gələ bilər. İstehlakçı bu variantı seçmədikdə isə məhsulun istehsalçıdan mağazaya qədər keçdiyi mərhələlərdə yaradılan əlavə dəyərin xərcini ödəməli olur".
Fatimə
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












