Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA

Təhsil müəssisələrində vahid geyim formasının tətbiqi və təhsilin dünyəvi prinsiplər əsasında təşkili şagirdlər arasında bərabərliyin qorunması, qarşılıqlı hörmətin gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Təhsilin dünyəviliyi və vahid məktəbli geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin və vahid təhsil mühitinin formalaşmasına necə töhfə verir?
Mövzu ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Avtosfer.az-a açıqlamasında bildirib ki, orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır:
"Bunu bir məhdudiyyət kimi deyil, modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır. Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması labüddür".
Eltac
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












