50 avtobus sürücüsü cərimələndi - FOTO

Gəncədə ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı növbəti reydlər keçirilib. “Report” xəbər verir ki, “1 saylı Regional Nəqliyyat Departamenti” MMC əməkdaşları və Dövlət Yol Polisinin (DYP) təşkil etdiyi nəzarət tədbirləri şəhərin mərkəzini və müxtəlif ərazilərini əhatə edib. Məqsəd marşrutları sənədsiz idarə edən və yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri aşkarlamaq olub.
Reydlər zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini heç bir sənədi olmadan idarə etdiyi məlum olub. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq dayanacaqlardan kənarda sərnişin götürüb-düşürməsi halları da aşkarlanıb. Qaydaları pozan 50-yə yaxın sürücü inzibati qaydada cərimə olunub.
Xatırladaq ki, ötən gün Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübünə həsr olunan hesabat yığıncağında icra başcısı Elmar Vəliyev şəhərdə içtimai nəqliyyatın vəziyyətindən narazı qaldığını bildirib.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA













