Afra Saraçoğlu SƏRBƏST BURAXILDI

Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılan türkiyəli aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Bakırköy Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılmışdı.
Saraçoğlu əvvəlcə Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.
Aktrisanın menecer şirkəti məsələ ilə bağlı açıqlama yayıb:
“Afra Saraçoğlu xarici səfərini başa vuraraq hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurların tamamlanmasının ardından sərbəst buraxılıb”.
***21 sentyabr, 16:53
Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik araşdırması çərçivəsində aktrisa Afra Saraçoğlu saxlanılıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saraçoğlu Fransadan qayıdarkən aeroportda saxlanılıb.
Qeyd edək ki, daha əvvəl barəsində saxlanılma qərarı verilən Afra sosial media hesabında açıqlama verərək hazırda Türkiyədə olmadığını bildirmişdi.
Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












