Ağcabədi sakini: “100 min manatdan artıq pulum mənimsənilib” - VİDEO

Ağcabədi sakini 100 min manatdan artıq pulunun mənimsənildiyini iddia edib.
Rayon sakini Elçin Nərimanov bildirib ki, Rusiyada yaşayan Şükür Ağayev onun xeyli miqdarda pulunu mənimsəyib.
E.Nərimanov bir neçə il əvvəl Rusiyada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. Bir neçə dəfə Şükür Ağayevdən qızıl zinət əşyaları alıb. Sonuncu dəfə isə 100 min manatdan artıq pul göndərsə də, qarşılığında qızıl gəlməyib.
E.Nərimanov iddia edib ki, ona ümumilikdə 100 min manatdan artıq ziyan dəyib.
O qeyd edib ki, Ş.Ağayev ona dəfələrlə müxtəlif vədlər verib. Amma nə pul geri qaytarılıb, nə də qızıl verilib. Hətta sonradan onun digər şəxslərə qarşı da oxşar əməlləri törətdiyini öyrənib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
İddialara bağlı Ş.Ağayev bildirib ki, həmin şəxslərlə əvvəldən heç bir əlaqəsi olmayıb. Öz həmkəndliləri kimi Rusiyada ona yaxınlaşaraq kömək istəyiblər. O da kömək edib.
Ş.Ağayev sadalanan bütün iddiaları şər və böhtan adlandırıb.
Ətraflı süjetdə:
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












