Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA

Azərbaycanda 21 yeni peşə məktəbinin tikintisi nəzərdə tutulur. Yeni təhsil müəssisələrinin yaradılması peşə təhsilinin inkişafına və əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə hesablanıb. Lakin burada əsas məsələ yalnız yeni məktəblərin tikilməsi deyil, həm də müasir əmək bazarına uyğun ixtisasların tədrisi və tələbələrin praktiki bacarıqlarının artırılmasıdır.
Avtosfer.az xəbər verir ki, yeni peşə məktəblərində əmək bazarının tələblərinə uyğun ixtisasların tədrisi və tələbələrin praktiki bacarıqlarının artırılması əsas məsələlərdəndir. Bəs yeni təhsil müəssisələrində hansı istiqamətlərə üstünlük verilməli və məzunların işlə təmin olunması üçün hansı addımlar atılmalıdır?
Movzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkəmizdə tikintisi nəzərdə tutulan 21 yeni peşə məktəbi əsasən işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də yaxın ərazilərdə inşa ediləcək:

''Gözləntilərimizə görə, həmin təhsil müəssisələrində əsasən aqrar yönümlü, eləcə də müasir dövrün tələblərinə uyğun informasiya texnologiyaları ixtisasları tədris olunacaq. Düşünürəm ki, gənclərin də bu ixtisaslara marağı yüksək olacaq. Çünki həmin istiqamətlər əmək bazarının real tələbləri əsasında müəyyənləşdiriləcək. Qeyd edim ki, artıq bir neçə ildir peşə təhsilində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması istiqamətində də işlər görülür. Belə ki, 2016-cı ildən etibarən dual təhsil modeli tətbiq olunur. Bu model çərçivəsində tələbələr nəzəri biliklər əldə etməklə yanaşı, müvafiq istehsalat müəssisələrində praktiki təcrübə keçirlər. Beləliklə, onlar həm işləyir, həm də təhsil alırlar. Bu da onların ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. Dual təhsil modeli işəgötürənlər tərəfindən də müsbət qiymətləndirilir və tələbələrin daha erkən mərhələdə işə qəbul olunması prosesini sürətləndirir. Ümumilikdə hesab edirəm ki, peşə təhsilində praktiki biliklərə daha çox üstünlük verilməli, dual təhsil modeli genişləndirilməlidir. Bu, məzunların əmək bazarına yalnız nəzəri biliklərlə deyil, həm də praktiki təcrübə və peşə bacarıqları ilə daxil olmasına imkan verəcək''.
Fatimə
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ












