Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşacağı tarix AÇIQLANDI

“Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: Gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil olunmuş “Böyük Qayıdış: Yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda panel müzakirələrində bildirib.
Bundan başqa, o qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir.
“Artıq həmin ərazidə “Azərenerji” ASC iki yarımstansiya istifadəyə verib. Ağdamda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər beş yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq. Ağdam əvvəllər də sənaye şəhəri kimi tanınıb. İndi burada sənaye parkı var və rezidentlər zavod, fabriklərin inşasına başlayıblar. Növbəti il onların bir neçəsinin açılışı olacaq”, - deyə B.Hacıyev əlavə edib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












