Banner

Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu

Yarışma 21 Noyabr 2026 21:24
Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu
WhatsApp kanalımıza abunə olun

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-Prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib.

Avtosfer.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü yeri tutub.

“Ferrari” komandasının hər iki pilotu final mərhələsinə vəsiqə qazana bilməyib. Monakolu Şarl Lekler 11-ci, britaniyalı Lyuis Hemilton isə 12-ci yeri tutub. Bu, 2025-ci ilin mayından bəri ilk dəfə hər iki “Ferrari” pilotunun təsnifatın final mərhələsindən kənarda qalmasıdır.

Qeyd edək ki, Las-Veqas Qran-Prisinin əsas yarışı noyabrın 22-də start götürəcək.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh