Formula 1-də inqilabi qərar - İlk dəfə tətbiq ediləcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümündən etibarən Formula 1 tarixində ilk dəfə tamştatlı yarış nəzarətçilərinin (stüardların) təyin ediləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu islahat uzun müddətdir pilotlar və komandalar tərəfindən tənqid olunan ziddiyyətli cərimə qərarlarını aradan qaldırmaq məqsədi daşıyır.
Hazırkı sistemdə hər Qran Priyə növbəli şəkildə dəyişən dörd könüllü hakim nəzarət edir ki, bu da qaydaların fərqli şərh olunmasına gətirib çıxarırdı. FIA-nın yeni proqramına əsasən, 2027-ci ildə tam və yarımştatlı stüardlardan ibarət qarışıq heyət yaradılacaq, 2028-ci ilə qədər isə bu korpus 12-15 nəfərlik tamştatlı peşəkar hakimə çatdırılacaq.
Luis Hemilton və Corc Rassel başda olmaqla, pilotların çoxdan tələb etdiyi bu dəyişiklik həm də qaydaların təkmilləşdirilməsinə və yeni nəsil hakimlərin yetişdirilməsinə töhfə verəcək. FIA prezidenti Məhəmməd Ben Sulayem qərarı avtoidmanda ədalət və şəffaflıq standartlarının yüksəldilməsi istiqamətində mühüm investisiya adlandırıb.
Formula 1-də hibriddən imtina edilir
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO












