Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı - YENİLƏNİB

Sabirabad rayonunda 17 yaşlı oğlanın yeniyetmə qızı qaçırmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Cavad kənd sakini olan 17 yaşlı oğlan 2011-ci il təvəllüdlü qızla sosial şəbəkədə tanış olublar. Bir müddət yazışandan sonra ailə qurmaq qərarına gəliblər. Bu məqsədlə oğlan digər kənddə yaşayan 15 yaşlı qızı qaçırıb, amma öz evlərinə gətirməyib.
Onlar kənd ərazisindəki sahibi Rusiyada yaşayan boş evə gələrək orada gizlənmək istəyiblər. Lakin evin qapısı bağlı olduğundan içəri girə bilməyiblər. Çarəsiz qalan cütlük həyətdəki köhnə ot tayasında özlərinə yer edib, orada gizləniblər.
Dünən axşam saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyatla qız və oğlan ot tayasında aşkarlanıblar. Onlarla profilaktik söhbət aparılıb və ailələrinə təhvil veriliblər.
***15:30
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər.
2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdlü oğlan tapılaraq ailələrinə təhvil veriliblər.
Xatırladaq ki, azyaşlı qızın evlənmək məqsədilə qaçırılması barədə atası polisə müraciət etmişdi.
Araşdırma aparılır.
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi












