Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü - VİDEO - YENİLƏNİB

Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər.
Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayon ərazisində yerləşən özəl tibb müəssisəsinə müraciət edib. Burada terapevtik və cərrahi müdaxilələr aparılıb. Lakin prosedur zamanı qadının vəziyyəti ağırlaşıb və o, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Mərhumun ailəsi iddia edir ki, xəstə bir tibb müəssisəsindən digərinə yönləndirilib, lakin vaxtında lazımi yardım göstərilməyib. Onların sözlərinə görə, qadının vəziyyəti ağırlaşdıqdan sonra qan köçürülməsinə ehtiyac yaranıb.
Yaxınları həkimlərin müdaxiləsinin gecikdiyini və ölüm hadisəsində tibbi səhlənkarlıq olduğunu düşünürlər.
***15:52
Şəmkirdə qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı rəsmi açıqlama verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 20-də saat 13 radələrində 1991-ci il təvəllüdlü qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
***11:11
Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib.
Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb.
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO












