Agentlik: Hava şəraiti ilə əlaqədar gəmilərin hərəkətinə məhdudiyyət qoyulmayıb

əzər Dəniz Akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyədək güclənəcək. Yanvarın 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq.
Bu barədə Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur, limanlar açıqdır, gəmilərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb: "Dövlət Dəniz Agentliyinin müasir avadanlıqlarla təchiz olunan Milli Mərkəzi təcrübəli kapitanlar tərəfindən idarə olunur. Gündəlik iş rejimində olduğu kimi fasiləsiz olaraq həyata keçirilən xidmət zamanı Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinə peşəkar kapitanlar tərəfindən nəzarət edilir. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə daim əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı tam diqqətdə saxlanılır.Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir".
Qeyd edək ki, Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir. Eyni zamanda Milli Mərkəz tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, SOCAR və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.
Gültən
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











