Aralarında 20 metr məsafə olan iki avtobus dayanacağı: Bu qədər yaxınlıq düzgündürmü? - VİDEO

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində iki yanaşı dayanacaq pavilyonu var. Aralarındakı məsafə təxminən 20 metrdir. Avtobuslar isə hər iki pavilyonun önündə dayanır.
Bəs bu qədər yaxın dayanacaq pavilyonlarının olması düzgündürmü?
Pavilyonun biri İnşaatçılar metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsindədir. Lakin sürücülər daha çox birinci pavilyonun qarşısında avtobusu saxlayırlar.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dayanacaqda eyni vaxtda iki avtobus dayanarsa, iki pavilyon ola bilər. Bu adətən marşrut xətlərinin çox olduğu küçələrdə avtobusların xaotik hərəkətinin qarşısını almaq üçün tətbiq edilir.
Şərifzadə küçəsi də belə küçələrdəndir. Lakin nişanlanma düzgün təşkil edilməlidir.
Ekspert qeyd edib ki, paytaxtın zərurət olan digər küçələrində də belə pavilyonlar quraşdırıla bilər.
Daha ətraflı süjetdə:
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












