Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Rusiya-Ukrayna münaqişəsi Avropadan Asiyaya uzanan nəqliyyat dəhlizlərinin bloklanmasına və iki qitədə yerləşən dövlətlər arasındakı ticarət əlaqələrinin zəifləməsinə səbəb olub. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ənənəvi ticarət tərəfdaşlarını yeni yollar axtarmağa vadar edib.
“Azərtac” xəbər verir ki, Londonda dərc olunan və iqtisadiyyat üzrə ixtisaslaşmış “Lloyd’s List” jurnalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini Rusiya üçün xilas yolu hesab edib. Jurnalın analitikləri hesab edir ki bu dəhlizlə Rusiya birbaşa Hind okeanına çıxış əldə etməklə Fars körfəzi və Hindistanla ticarətini davam etdirir. Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra isə dəhlizdən intensiv istifadə olunur. “The New York Times” qəzetinin analitiki İvan Neçepurenko “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqaləsində yazır ki, Rusiyanın ənənəvi ticarət yolları bağlandığı üçün rəsmi Moskva cənub istiqamətindəki marşrutlarını daha da genişləndirməyə çalışır. Artan ticarət dövriyyəsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə aid dəmir yolu seqmentinin də tezliklə işə düşməsini tələb edir. Dəhlizin dəmir yolu seqmentinin işə düşməsində Rusiya ilə yanaşı Avropa dövlətləri də maraqlıdır. İranlı mütəxəssislər hesab edir ki, Rəşt-Astara yolu istismara verildikdən sonra birinci il 4,5 milyon ton yük və 250 min sərnişin daşınacaq. On il müddətində isə 11 milyon ton yük və 500 min sərnişin daşınması mümkün olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












