Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək

Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.
Avtosfer.az xəbər verir ki, bu müddəa Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı Vyetnam Prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamla qəbul etdiyi birgə bəyanatda yer alıb.
Sənəddə enerji əməkdaşlığının genişləndirilməsi də nəzərdə tutulur. Tərəflər xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) təchizatı üzrə uzunmüddətli razılaşmaların əldə olunmasını prioritet kimi müəyyənləşdiriblər.
Azərbaycan və Vyetnam dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı təşviq etməyi planlaşdırırlar. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının bazarlara çıxışının asanlaşdırılması da razılaşdırılmış istiqamətlər sırasındadır.
Təhsil sahəsində qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və tələbələrlə tədqiqatçılar üçün davamlı mübadilə imkanlarının yaradılması nəzərdə tutulur. Bəyanatda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və iki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin təşviqi də yer alıb.
Qeyd edək ki, Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələr strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatı 2025-ci il mayın 7-də qəbul ediblər.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












