Reklam

Avtobus marşrutlarının dəyişdirilməsi təklif edilir

Gündəm 16 Aprel 2015 16:28 Oxunub 1361
Avtobus marşrutlarının dəyişdirilməsi təklif edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda layihə "Baku Bus" MMC, digər sərnişindaşıma operatorları və "Bakı Sərnişin Nəqliyyatı" MMC tərəfindən müzakirə edilir

Bakı şəhərinin mərkəzində ictimai nəqliyyat sisteminin yenidən təşkili və optimallaşdırılması təklif edilir. Təklifin əsasında nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədi ilə şəhər mərkəzində avtobus marşrut xətlərinin şəraitə uyğunlaşdırılması durur. Avtosfer.az "report"a istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) şəhərsalma üzrə baş mütəxəssisi Devid Marqonstern (David Margonsztern) bildirib.

Onun sözlərinə görə, Azərbaycan Maliyyə Nazirliyinin müraciəti əsasında Bakıda şəhərin mərkəzinin avtobus şəbəkəsinin yenidən təşkil edilməsi ilə bağlı texniki təkliflər hazırlanıb. Hazırda layihə "Baku Bus" MMC, digər sərnişindaşıma operatorları və "Bakı Sərnişin Nəqliyyatı" MMC tərəfindən müzakirə edilir.

Mütəxəssisin fikrincə, Bakının mərkəzində nəqliyyat vasitələrinin sıxlığı, sərnişindaşıma ilə məşğul olan yüzlərlə fərdi operatorun daha çox sərnişn yığmaq üçün apardığı rəqabət, avtobusların hər dayanacaqda dayanması nəticədə yol şəbəkəsinin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə hər bir vətəndaş üçün olduqca təhlükəli şəraitdir.

"Məlum olduğu kimi "Baku Bus" MMC dövlət tərəfindən yaradılıb və Bakıya artıq yeni avtobuslar da gətirilib. Bizim təklifimiz şəhər mərkəzinin avtobus şəbəkəsinin, yəni marşrut xətlərinin yenidən təşkili və optimallaşdırılmasıdır. Yeni layihədəki təkliflərdən biri hazırkı sərnişindaşıma sistemini bir qədər dəyişməkdən ibarətdir. Mərkəzdə avtobus marşrutlarının dəyişdirilməsini təklif edirik. Çünki hazırda əksər marşrutlar avtobusların rəqabəti nəticəsində çox təkrarlanır. Təkliflərimizə görə, marşrut xətləri optimallaşdırmalı, lisenziya ayrıca marşrutları idarə edəcək operatorlara verilməlidir. Düzdür, bir gecədə bir sistemdən başqasına keçmək çətindir", - deyə D.Marqonstern bildirib.

Nəticə etibarı ilə bütün inkişaf etmiş ölkələrdə sərnişindaşıma operatorlarının sərnişin sayına görə deyil, əksinə, neçə kilometr məsafə qət etməklə, üstünlük qazandıqlarını vurğulayan ekspert, bu cür sistemin avtobusların daha çox sərnişin toplamaq naminə bir-birilə rəqabətə girmələrinin qarşısını aldığını qeyd edib: "Bu isə nəticədə ekoloji təmizliyə, rahatlığa, sürücünün nəzakətli davranışına, ümumilikdə, ictimai nəqliyyatın daha dostyana olmasına gətirib çıxarır".

Layihədə bundan başqa dayancaqların yerinin dəyişdirilməsi, yeni keçidlərinin yenidən təşkili, işıqforlar, küçə hərəkətinin idarə edilməsi və s. məsələlər daxildir. ADB-nin nəqliyyat sahəsi üzrə ekspertlərinin təklif etdiyi yeniliklərə bir sıra innovativ həllər də daxildir. Yeni təklifdə avtobus xətlərinin əks axını, yəni ancaq avtobusların bir istiqamətdə, digər ümumi nəqliyyat vasitələri isə əks istiqamətdə hərəkət etməsi məqamı da əksini tapıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh