Avtobuslar və metro gecə də işləyəcək

Avtobuslar və metro gecə də işləyəcək. “Bakı 2015”ı Avropa Oyunlarının keçiriləcəyi günlərdə Bakı nəqliyyatında heç bir problem olmayacaq. İstər şəhərdaxili, istərsə də, şəhərlərarası nəqliyyatda çatışmazlıqlar olmayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.
“Sərnişin avtobusları səhər saat 5-dən işləməyə başlayacaq və gecə saat 1-ə qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, avtobus sürücüləri isə növbəli sistemdə işləyəcək.
Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində çalışacaq. “Metro səhər saat 6-da işə başlayacaq və gecə saat 1-ə qədər xidmət göstərəcək. sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanılacağı gün metro qatarları gecə saatlarında da xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını ola bilər. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində də Avropa Oyunlarının keçirilməsilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. “Dəmir yolu vağzalında və bütün stansiyalarda xarici dillərdə məlumatlandırıcı tablolar asılır. Nəzarətçilər və növbətçilər xarici dil kursları keçiblər. Bundan başqa, nəzərdə tutulub ki, əgər sərnişin sıxlığı yaranarsa, bu zaman xəttə əlavə qatarlar buraxıla bilər”, - deyə Nadir Əzməmmədov bildirib.
Bakı Beynəlxalq Avtovağzalı da da Avropa Oyunlarının keçirilməsilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. Avtovağzalın rəhbərliyindən verilən məlumata görə, lazım gələrsə, xətlərə əlavə avtobuslar buraxılacaq. Bundan başqa, səhərlərarası və beynəlxalq avtobus reyslərində xidmət göstərən avtobuslar sərnişinlərin rahatlığını tam təmin edə biləcək vəziyyətdə olacaq. Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 29-dək Bakıda keçiriləcək.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












