Avtobuslarla bağlı yeniliklər olacaq - MÜHÜM AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın idarə olunması sahəsində yeni texnoloji yeniliklər üzərində işlər aparılır. Maraqlıdır, hazırda Bakıda və ya digər şəhərlərdə avtobusların real vaxtda hərəkətini izləmək sistemi varmı? Dayanacaqlarda bu məlumatı göstərmək üçün hansı növ tablolar (elektron ekranlar, interaktiv panellər və s.) daha məqsədəuyğundur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu cür tətbiqlər müasir şəhər nəqliyyatının vacib tərkib hissəsidir:

“Vacib olan bir tətbiqdir. Biz hələ gecikirik. İnsanlar real vaxt rejimində bilməlidir ki, avtobus hardadır, nə vaxt gələcək, hansı marşrutla hərəkət edir. Yaxınlıqdakı dayanacaqdan hansı avtobusların keçdiyi barədə məlumat da rahat şəkildə təqdim olunmalıdır”.
Ekspertin sözlərinə görə, bu sistem yalnız avtobusların hərəkətini izləməyə deyil, həm də səfərin planlaşdırılmasına xidmət etməlidir:
“Belə tətbiqlər bir neçə nəqliyyat növünü birləşdirməlidir. Yəni, istifadəçi əvvəlcə nə qədər piyada gedəcəyini, sonra hansı avtobus və ya metrodan istifadə edəcəyini, ümumilikdə səfərin neçə dəqiqə çəkəcəyini görə bilməlidir. Bu, vaxtın səmərəli istifadəsinə və prioritetlərin düzgün müəyyənləşdirilməsinə kömək edir”.
Ağamirzəyev qeyd edib ki, Bakıda bu istiqamətdə ilkin “beta versiya” artıq sınaq mərhələsindədir. O, dünyanın aparıcı şəhərlərinin təcrübəsinə əsaslanaraq, sistemin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. “Dünyanın bir çox şəhərlərində tətbiqlərlə yanaşı, dayanacaqlarda kağız formatında marşrut cədvəlləri, xəritələr və marşrutların proyeksiyası yerləşdirilir. Bizdə də bu praktika olmalıdır. Çünki əhalinin bir hissəsi yaşlı insanlardır və onların rəqəmsal savadlılığı fərqli səviyyədədir”.
Rauf Ağamirzəyevin fikrincə, informasiya əlçatanlığı müxtəlif formatlarda, həm rəqəmsal, həm də çap versiyasında təqdim olunmalıdır:
“İnsanlar istədikləri informasiyanı fərqli alternativlər üzərindən əldə edə bilməlidirlər. Rəqəmsal həllər o qədər sadə və cəlbedici olmalıdır ki, hər yaşdan insan rahat istifadə etsin”.
Ekspertin sözlərinə görə, bu cür sistemlərin tətbiqi şəhər nəqliyyatında şəffaflığı və sərnişin rahatlığını təmin edən əsas amillərdəndir.
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










