Avtomobil təmiri sexlərinin “qənimləri” tutuldu

Quba rayonunun Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber-ə verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayev tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə, Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə Mikayıl Bədəlovun həyətindən isə dəmirdən hazırlanmış 9 ədəd tor oğurlamaları da müəyyən edilib.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










