Avtomobildən külli miqdarda narkotik aşkarlandı - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbiri zamanı 1,5 kiloqramdan artıq psixatrop maddə və narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram narkotik vasitə heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram psixatrop maddə olan metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni “Qulam” adlı İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











