"Ayda azı bir dəfə polislər münaqişəli ailələri qəbul edir" - DİN rəsmisi

Daxili İşlər Nazirliyi münaqişəli ailələrlə profilaktik tədbirlərini davam etdirir. Ayda bir dəfədən az olmamaq şərti ilə polis sahə rəisləri münaqişəli ailələri qəbul edir, həm tərəflərlə, həm də onların yaxın qohumları ilə profilaktik söhbətlər aparır. Lakin bu sahədə psixoloqların bizə köməyi labüddür.
Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev Bakıda “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda keçirilən konfransda deyib.
“Son zamanlar boşanmaların sayının çox olması heç də ürəkaçan məsələ deyil. Bu, gələcəkdə neqativ hallarla nəticələnə bilər. Əsassız olaraq barışdırdıqda isə yeni bir cinayətin təməlini qoymuş ola bilərik. Bu səbəbdən həm psixoloqlarla işləməli, həm Daxili İşlər Nazirliyi, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində həmin vətəndaşlarla bağlı toplanmış materialları müzakirəyə çıxarıb kompleks qərara, yekun rəyə gəlməliyik ki, bunun nəticəsində gələcəkdə hər hansı bir neqativ hal baş verməsin. Operativlik üçün Daxili İşlər Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. 2023-cü ilin mayından etibarən həm yetkinlik yaşına çatmayanlar, həm qadınlara qarşı törədilmiş zorakılıq, həm ailədaxili mübahisələrin həlli ilə bağlı baş vermiş hadisələrə sənədləşmə olmadan operativ yanaşma üçün vatsap qrupları yaradılıb. Hansı ki, bu, regionaldır və hər qrupda 100-dən çox səlahiyyətli şəxs var. Hər hansı bir hadisə baş verdikdə biz o qruplarda paylaşırıq və hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ümid edirəm ki, bu sahə üzrə xüsusən ixtisaslaşmış psixoloqların da həmin qruplarda olması və bizə kömək etməsi təmin olunacaq”, – deyə İ.Əliyev deyib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












