AYNA taksilərə qoyulmuş rəng tələbinə aydınlıq gətirib

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.
Avtosfer.az xəbər verir ki, REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Ağ rəng neytraldır. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə sarını satmaq kifayət qədər çətindir. Ağ yaxud da qırmızı rəngdə olan avtomobili hər kəs sata bilir”,- deyə o qeyd edib.
"Yaşı 15 ildən aşağı olan avtomobil iyulun 1-ə qədər qeydiyyatdan keçirsə və AYNA-dan buraxılış vəsiqəsi alsa, bu tarixdən sonra rəng tələbi avtomobilə tətbiq edilməyəcək", - deyə A.Rzayev əlavə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












