Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb

2019-cu ildə Azərbaycanın Gürcüstandan yük maşını idxalı əvvəlki il ilə müqayisədə 79% və ya 733 ədəd artaraq 1 659-a çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən yük maşını Gürcüstandan idxal edilən yük maşınlarının ümumi dəyəri 11 019,3 min dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan ümumi dəyəri 6 436,7 min dollar olan 926 ədəd yük maşını idxal edib.
2019-cu ildə Gürcüstandan idxal edilən traktorların sayı da əvvəlki illə müqayisədə 68,9% və ya 71 ədəd artaraq 174-ə çatıb. Gürcüstandan idxal edilən traktorların ümumi dəyəri 3 232,2 min dollar təşkil edib.
Ötən il Azərbaycan Gürcüstandan buldozer və ekskovator tipli 75 maşın idxal edib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çoxdur. Hesabat dövründə idxal edilən məhsula görə edilən ödəniş 6 158 min dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci ildə isə Azərbaycan Gürcüstandan ümumi dəyəri 1 918,2 min dollar olan 31 ədəd buldozer və ekskovator tipli maşın idxal edib.
Gültən
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO










