"Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib": Şahmar Mövsümov

"Azərbaycana 33 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bura dünyanın hər yerindən 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəliblər: "Təbii ki, onlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq".
O qeyd edib ki, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb: "Eyni zamanda, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələr üçün müəyyən ilkin şərtlər də yaradılıb. Azərbaycanın üstünlüyü də məhz bundan ibarətdir ki, bizdə çoxlu və ucuz, gələcəkdə isə potensial olaraq yaşıl enerji var. Bu gün cənab Prezident də açıqlayıb ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində enerji potensialı çox böyükdür".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












