Azərbaycanda qızdırma dərmanları qıtlığı - Uşaqlara verməyə dərman tapılmır

Azərbaycanda qızdırma salan dərmanlar apteklərdən yoxa çıxıb. Ən lazımlılar "Parasetamol", "Panadol", "Nurofen" və digər bu kimi tez-tez istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərman vasitələri ilə uşaqlardakı qızdırmaya özü əlac edirdi. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.
Problemlə bağlı həkim Vaqif Qarayev də Bizim.Media-ya bunları deyib.
"İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. "Tempanal" deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız onu tapmaq olur. Bu dərmanı da körpə uşaqlara vermək bir az risklidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır".
Həkim onu da əlavə edib ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:
"Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar, əsasən, həmin dövlətlərdən gəlir. Amma bu, səbəb olsa da, bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq".
Ekspertlərin fikrincə, bu təkcə bizdə deyil, qonşu dövlətlərdə də yaşanan bir haldır. Amma onların çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə, adını çəkdiyimiz qızdırma salan dərmanların analoqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb.
Bəs biz nəyi gözləyirik?
Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında dərman bazarında kartel sövdələşmələrin olduğunu söyləyib:
"Bazar bir neçə şirkətin əlindədir. Ona görə də dərman qıtlığı çox zaman süni şəkildə yaradılır. Çünki qıtlıq bahalığa yol açır. Üstəlik, inhisarçılar yerli dərman istehsalını da boğurlar. Azərbaycanda dərman istehsalı üçün ideal şərait var. Hətta dövlət Pirallahıda Sənaye Parkı da yaradıb. Çox təəssüf ki, dərman biznesi ilə məşğul olan bəzi məmurlar yerli istehsalda maraqlı deyillər. Ona görə də Sənaye Parkı 10 ilə yaxın müddətdə fəaliyyət göstərsə də, cəmi bir istehsalçı var. Yerli istehsal olmadığı üçün biz hər gün dərman qıtlığı və qiymət artımı ilə üzləşəcəyik".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












