Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO

Azərbaycandan dəmir yolu ilə yük ixracında artım qeydə alınıb. Bu ilin yanvar-iyul aylarında ölkədən dəmir yolu nəqliyyatı ilə 1,624 milyon ton yük ixrac edilib.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan yüklərin ümumi dəyəri 755,081 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54,1%, həcm ifadəsində isə 3,8% çoxdur. Bəs dəmir yolu ilə yük ixracının artmasına hansı amillər təsir edib və bu tendensiya Azərbaycanın tranzit və logistika imkanlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisij deputatı Azər Allahverənov Avtosfer.az-a açıqlamasında bildirib ki, dəmir yolu ilə yükdaşmaların artması bir neçə amildən asılıdır:

''Bu amillər arasında ən önəmlisi Orta Dəhlizin inkişaf etdirilməsi və getdikcə əhəmiyyətinin artmasıdır. Çünki məlum məsələdir ki, istər Şimal nəqliyyat dəhlizi, istərsə də Cənub nəqliyyat dəhlizi müxtəlif münaqişə və müharibə vəziyyətlərindən asılı vəziyyətdədir. Bu da nəticə etibarilə həmin dəhlizlər vasitəsilə daşınan yüklərin həcminin kəskin şəkildə azalmasına gətirib çıxarır. Xüsusilə nəzərə alsaq ki, Şimal nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcminin azalması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Cənub nəqliyyat dəhlizində isə vəziyyət daha çox ABŞ-İran qarşıdurması, Hörmüz boğazının blokadaya alınması və Qırmızı dənizdə husilərin fəallığı ilə əlaqəlidir. Bu həmin dəhlizlərin əhəmiyyətinin kəskin şəkildə azalması demək deyil. Münaqişələr fonunda yükdaşımalar müəyyən çətinliklərlə üzləşir və şirkətlər daha təhlükəsiz dəhlizlərə üstünlük verirlər. Bu baxımdan Orta Dəhliz, xüsusilə də onun çox vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu və yükdaşıma marşrutu ilə yüklərin daha təhlükəsiz və qısa müddət ərzində Avropa ölkələrinə çatdırılması ilə xarakterizə olunur. Bu da daşıma şirkətləri üçün əlavə imkanlar yaradır''.
Deputat qeyd edib ki, bu marşrut həm iqtisadi baxımdan sərfəlidir, həm də risk faktoru nisbətən aşağıdır:
''İstər-istəməz mövcud münaqişə və müharibələr Orta Dəhliz üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxarıb. Digər tərəfdən isə Orta Dəhlizin özünün yükdaşıma potensialının artırılması istiqamətində çox vacib tədbirlər həyata keçirilir. Xüsusilə Azərbaycanda, məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, bundan başqa, Xəzər dənizinin şərq sahillərində, istər Türkmənbaşı, istərsə də digər dəniz limanlarının potensialının artırılması Orta Dəhlizin yükdaşıma qabiliyyətinin yüksəlməsinə imkan verir. Bununla yanaşı, Avropa İttifaqının, xüsusilə də Avropa Komissiyasının yanaşması da var. “Global Gateway” proqramı çərçivəsində 10 milyard avro həcmində vəsaitin ayrılması və həmin infrastrukturun yaxşılaşdırılması nəzərə alınarsa, yaxın illərdə Orta Dəhliz üzərindən daşınan yüklərin həcminin kəskin şəkildə artacağını proqnozlaşdırmaq olar. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan önəmli amil kimi dəyərləndirilir. Nəzərə alsaq ki, Azərbaycan həmin dəhlizin əsas nəqliyyat-logistika habı funksiyasını yerinə yetirmək üçün bütün potensialını inkişaf etdirir, bu da nəticə etibarilə ölkəmizin və bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyətini artırır. Bu amillər Orta Dəhlizin imkanlarının yaxın illərdə daha da genişlənəcəyini və bu istiqamətdə mövcud yükdaşıma həcminin əhəmiyyətli dərəcədə artacağını göstərir''.
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












