Azərbaycanın rayonlarında metro tikilir? - AÇIQLAMA

Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir: "Hazırda "B 3" stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, "B 3" stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək".
B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə "Bakı Metropoliteni"ndə heç bir müzakirə aparılmır: "2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiqlənib. Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











