"Azəriqaz" xəbərdarlıq edir: Bakıda oğurluq qaz sayğacları quraşdırılır

Bakıda oğurluq qaz sayğacları quraşdırılır. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.
O bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar.
Qurum rəsmisinin sözlərinə görə, bir müddət əvvəl Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmaması aşkarlanıb. Araşdırma aparıldıqdan sonra isə məlum olub ki, həmin sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb: "Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə etdikdən sonra sakinlər qazdan istifadə ediblər. Beləcə onlar hər ay gəlib, vətəndaşlardan razılaşdığı məbləği alıblar. Hər dəfə bir bəhanə ilə kart verəcəklərini desələr də, vədlərinə əməl etməyiblər".
"Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə baş çəkdik. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bəlli olub ki, bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır", - deyə o əlavə edib.
C.Səfərov bu kimi halların təkrarlanmaması üçün vətəndaşları diqqətli olmağa səsləyib: "Belə halla qarşılaşan şəxslər hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Xatırladım ki, bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqdan məhrum olundular".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












