"Azpetrol" məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!

Fövqəladə Hallar Nazirliyi tərəfindən "Azpetrol" şirkətin yanacaqdoldurma məntəqələrində kütləvi yoxlama aparılıb.
Avtosfer.az Bizimxeber.az-a istinadən bildirir ki, "Azpetrol Ltd." MMC-nin yanacaqdoldurma məntəqələrində ciddi pozuntular aşkarlanıb.
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektin pilləkən qəfəsliyinin altının hörülərək bağlanması, obyektdə mövcud olan yanğınsöndürən balonların bir qisminin tərkibinin yenilənməməsi, obyektdə mövcud olan yanğın su kranlarının rəflərinin nömrələnərək möhürlənməməsi, obyektin ərazisinə yaxınlaşan avtomobillərə mühərrikləri söndürülməmiş xidmət göstərilməsi aşkar edilib.
Yanacaqdoldurma məntəqəsində aşkarkanan pozuntular ətrafdakı insanların həyatını və obyektlərin fəaliyyətini təhlükə altına atıb. Təkcə bu iş üzrə şirkətə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmə "Azpetrol Ltd." MMC-ni 400 manat məbləğində cərimə edib. Şirkət üzərində nöqsanların aradan qaldırılmasını tələb kimi qoyulub.
Qeyd edək ki, "Azpetrol Ltd." Nizami rayonu, Heydər Əliyev prospekti, 108D ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinə görə də 400 manat cərimələnib. Yanacaqdoldurma məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektdə pilləkən qəfəsliyinin altına mebellər, şkaflar, avadanlıqlar və digər materialların toplanması, obyektdə mövcud olan odsöndürən balonların bir qisminin tərkibinin yenilənməməsi, obyektdə mövcud olan yanğın su kranlarının rəflərinin nömrələnərək möhürlənməməsi, obyektin ərazisinə yaxınlaşan avtomobillərə mühərrikləri söndürülməmiş xidmət göstərilməsi aşkar edilib. Həmin yanacaqdoldurma məntəqəsində də insanların həyatı və obyektlərin fəaliyyəti təhlükə altına qoyulub.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












