Bakı məktəbində qızları oğurlayan qadın peyda olub? - RƏSMİ AÇIQLAMA - FOTO

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var. Bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb.
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.
P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.
Gültən Qədirli

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












