Bakı metropolitenin yeni deposu - FOTOSESSİYA

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metronun beynəlxalq standartlara uyğun yenidən qurulmasına başlanılıb. Metronun mətbuat xidmətinn rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, görülən işlərdən biri də Nərimanov elektrik deposunun yenidən qurulmasıdır. “Depo ərazisində böyük yenidənqurma, abadlıq işləri görülüb. Qısa müddət ərzində depo ərazisində baxımsız vəziyyətdə olan park yenidən qurulüb. İşçilərin avtomobillərini rahat və təhlükəsiz şəkildə saxlamaq üçün deponun qarşısında olan qamışlıq ləğv edilib və orada müasir avtodayanacaq tikilib. Park ərazisində Ümummili lider Heydər Əliyevin büstü ucaldılıb. Parkda fəvvarə tikilib”, - deyə Nəsimi Paşayev bildirib.
Nəsimi Paşayevin sözlərinə görə, metro işçilərinin istifadəsinə verilən yeməkxana günün bütün saatlarında açıqdır. Ora həm görünüşü, həm də xidmətin keyfiyyəti etibarilə xüsusi olaraq seçilir. Yeməkxanada işçilər keyfiyyətli yeməklə yanaşı, xüsusi güzəştlərdən də faydalanırlar.
Metro işçiləri üçün müasir idman kompleksi və futbol meydançası da tikilib. Müasir ot örtüyü ilə döşənən futbol meydançası oyunların keçirilməsi üçün çox rahatdır.
Bunlardan başqa, Depo ərazisində ehtiyat avadanlıqların saxlanılması üçün böyük anbar tikilib. Müasir texnika və avadanlıqların saxlanıldığı bu anbar Avropa standartlarına tam cavab verir.
Depo ərazisindən çəkilən fotoları təqdim edirik.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA



























