Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA

Bakıda ictimai nəqliyyatda vaxt itkisinin əsas səbəbləri uzun müddətdir müzakirə mövzusudur. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, xüsusilə qısa məsafələrdə avtobusların ləng hərəkəti sərnişinlərin narazılığına səbəb olur. Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bu problemin konkret səbəblərini və mümkün həll yollarını açıqlayıb. Ekspert açıqlamasında Bakıda avtobusların qısa məsafəni uzun vaxta qət etməsinin əsas səbəblərinə diqqət çəkib. Onun sözlərinə görə, 3,1 kilometrlik məsafənin avtobusla 27 dəqiqəyə qət edilməsi ilk növbədə dayanacaqlarda yaranan gecikmələrlə bağlıdır:
![]()
"Avtobusların dayanacaqda uzun müddət qalmasının əsas səbəblərindən biri sərnişinlərin yalnız ön qapıdan minməsidir. Bu hal isə validatorların yalnız ön qapıda yerləşdirilməsi ilə əlaqədardır. Nəticədə sərnişinlər avtobusa növbə ilə minir və bu, tranzit vaxtını xeyli uzadır.
Problemin həlli üçün hər qapıdan minib-düşmə sistemi tətbiq edilməli, validatorlar avtobusun bütün qapılarında quraşdırılmalıdır. Bununla yanaşı, dünya təcrübəsinə uyğun olaraq, bilet yoxlamalarının nəzarətçilər tərəfindən seçim əsasında aparılması daha səmərəli olar".
![]()
Rauf Ağamirzəyevin fikrincə, bu yanaşma yalnız sərnişin axınını sürətləndirmir, eyni zamanda artıq yüklənmiş sürücünün işini də xeyli yüngülləşdirir. Beləliklə, sürücünün diqqəti ödənişə nəzarətdən çox birbaşa hərəkətin təhlükəsizliyinə yönəlmiş olur.
Ekspert vurğulayıb ki, bu cür sistemlər artıq Tbilisi, Kiyev və Moskva kimi şəhərlərdə uğurla tətbiq edilir və ictimai nəqliyyatda vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












