Bakıda ən çox bina bu rayonda söküləcək - AÇIQLAMA

Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib.
Avtosfer.az Baku.ws-ə istinadla xəbər verir ki, planda yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun inkişafı nəzərdə tutulur.
Baş Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir. Maraqlıdır ki, plana əsasən Bakının hansı rayonlarında sökünütü işləri aparılacaq? Hansı binalar ilkin mərhələdə söküləcək?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulursa, bunun üçün investor cəlb edilməli, yaxud layihə dövlət və özəl sektorun birgə iştirakı ilə həyata keçirilməlidir:
"Bu isə müəyyən qədər uzun prosesdir. Hansı əraziyə investor maraq göstərirsə, həmin istiqamətdə layihənin reallaşdırılması üçün müvafiq müraciətlər edilir. Bu səbəbdən dövlətin ümumi söküntü və yenilənmə planı olsa da, konkret ərazidə işlərin nə vaxt başlanması həm investorun marağından, həm də dövlət büdcəsindən və həmin ərazidə planlaşdırılan abadlıq layihələrindən asılıdır.
Mövcud gözləntilərə görə, ilk mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində söküntü işlərinin aparılması gündəmdədir.
Bundan başqa, Mərkəzi Parkın genişləndirilməsi, "İçərişəhər" metrosu ətrafı və "Təzəpir" məscidinin yaxınlığında da planlama və yenilənmə işləri həyata keçirilir. Bayıl qəsəbəsinin də söküntü və yenilənmə prosesində ön sıralarda olacağı gözlənilir.
Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri, həmçinin Biləcəri qəsəbəsi, xüsusilə Asəf Zeynallı küçəsi istiqamətində də söküntü və abadlıq işlərinin aparılması nəzərdə tutulan ərazilər sırasındadır. Ümumilikdə ən çox söküntü digər rayonlarla müqayisədə Binəqədi rayonu ərazisindəki binaları əhatə edəcək.
Yasamal və Nəsimi rayonlarında da bir-birinə çox yaxın və sıx şəkildə tikilmiş, köhnəlmiş iki mərtəbəli binalar da plana düşəcək. Söküntü prosesinin Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif ərazilərini də əhatə etməsi gözlənilir. Eyni zamanda, Sumqayıtda da bu istiqamətdə işlərə başlanıldığı və daha genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsinin gözlənildiyi bildirilir".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












