Bakıda köhnə avtobuslar yığışdırılır

Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik.
Avtosfer.az xəbər veriri ki, bu sözləri Axar.az-a açıqlamasında “Xaliq Faiqoğlu MMC”-nin mətbuat katibi Nizam Rzayev sərnişindaşıma ilə bağlı yeni qanunların müzakirəsi ilə bağlı deyib.
“Şirkətimizin istismarında olan avtobusların böyük əksəriyyətinin istehsal tarixi 10 ildən azdır. Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik. Sərnişindaşıma üçün qoyulan kriteriyalarda rəng məsələsi də var ki, bu da təyin edilmiş vaxtdan sonra istismara veriləcək nəqliyyat vasitələrinə şamil edilir. İli köhnə olan avtobusların da tədricən yenilənməsi nəzərdə tutulur. Bu istiqamətdə şirkətimiz layihələr həyata keçirir”, – Rzayev bildirib.
Qeyd edək ki, martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










