Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA

Bakıda tramvay və trolleybus xətlərinin yenidən istifadəyə verilməsi ilə bağlı müzakirələr son dövrlər nəqliyyat gündəliyində əsas mövzulardan birinə çevrilib. Paytaxtda ictimai nəqliyyatın şaxələndirilməsi və alternativ nəqliyyat vasitələrinin tətbiqi istiqamətində hansı addımların atılacağı maraq doğurur.
Bəs gələn ildən etibarən Bakıda tramvay xətlərinin tikintisinə başlanılması real görünürmü və paytaxt sakinləri tramvayları nə vaxt görə biləcəklər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tramvay və trolleybus xətlərinin yenidən qurulması dövlətin qəbul edəcəyi qərardan asılıdır.
“Bəli, mümkün ola bilər. Bu, dövlətin gəldiyi qənaət və verdiyi qərardan asılıdır. Azərbaycanda tramvay və trolleybus kimi nəqliyyat vasitələrinin istismarına yenidən imkan yaradılması və bunun üçün tikinti işlərinə başlanılması mümkündür”.
Aslan Əsədov qeyd edib ki, yeni nəqliyyat xətlərinin yaradılması yalnız bir nəqliyyat vasitəsinin tətbiqi ilə məhdudlaşmamalı, ümumi nəqliyyat sisteminin koordinasiyası nəzərə alınmalıdır:
“Bu, nəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini də özündə ehtiva edir. Onlar arasında nəqliyyatın koordinasiyası təmin olunmalıdır. Düşünürəm ki, gələcəkdə bu kimi addımlar atıla bilər. Bu gün nəqliyyat sahəsində əsas məsələlərdən biri qarşıda duran problemlərin əlaqəli və koordinasiyalı şəkildə həll edilməsidir. Birini həll edib, digərini kənarda saxlamaq olmaz. Ümumi nəqliyyat konsepsiyası işlənməlidir”.
Ekspertin fikrindən belə nəticəyə gəlmək olar ki, Bakıda tramvay xətlərinin tikintisinə gələn ildən başlanılması prinsip etibarilə mümkündür, lakin bunun üçün əvvəlcə dövlət səviyyəsində konkret qərar qəbul edilməli və paytaxtın ümumi nəqliyyat konsepsiyasında tramvayın yeri müəyyənləşdirilməlidir. Tramvayların Bakı küçələrində nə vaxt hərəkət edəcəyinin dəqiq tarixi isə hələ məlum deyil.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












