Bakının bu küçəsi bağlandı - FOTO

Abdulvahab Salamzadə küçəsinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtosfer.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Bu çərçivədə Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Təmir işləri küçənin yalnız “Qələbə dairəsi”ndən Tbilisi prospektinə qədər olan yan yolunda aparılır. Sözügedən ərazidə köhnə asfalt-beton örtüyü frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Bundan sonra yola yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. İşlər tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.
ASC müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Fidan
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO














