Bakının ən baxımlı yerində bu keçidi niyə tikiblər? - VİDEO

“Azneft” dairəsində üzü Bayıl istiqamətinə doğru hərəkət edərkən Bayraq Meydanı ərazisində inşa olunan yeraltı piyada keçidi sözün əsl mənasında zibilliyi xatırladır. Çünki ilk dəfə idi ki, yeni təmirdən çıxmış yeraltı piyada keçidini bərbad bir vəziyyətdə görürdük. İlk baxışdan elə təəssürat yarandı ki, biz yeraltı piyada keçidində yox, gündəlik məişət tullantılarının toplandığı yerdəyik. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, eskalatorun ətrafında və üstündə yığılıb qalan siqaret kötükləri, sellofan, zibil tullantıları, bizdə bir anlıq elə fikir yaratdı ki, bura heç ümumiyyətlə nəzarət olunmur.
Ərazidə dolaşan təmizlik işi aparanlardan bu keçidi niyə təmizləmədiklərini soruşanda bizə bildirdilər ki, ərazi onlara aid deyil. Yalnız yol kənarlarının təmizliyi onların işinə daxildir.
Ətrafdakı sakinlər də buranın zibilliyə çevrilməsindən giley-güzar edirdilər. Onların sözlərinə görə, yeraltı piyada keçidinin zibil tullantıları ilə dolub-daşmasından əlavə, ərazidəki eskalator da ümumiyyətlə işləmir. Eyni zamanda işıqlar axşam saatlarında yanmır, piyada keçidinin baxımsızlığı da ki, öz yerində.
Bir müddətdən sonra natəmiz ərazini tərk edib üz tutduq ərazidəki digər yerlərə. Burada isə vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə olan halda sual yaranır. Bəs niyə bu natəmiz piyada keçidi digərləri kimi təmiz vəziyyətdə deyil? Niyə ona baxan yoxdur?
Ümid edirik ki, verilən suallar yaxın vaxtlarda öz cavabını tapar və aidiyyatı qurumlar bu qorxunc vəziyyəti tezliklə aradan qaldırar.
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA










